Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Agstafa Regional Mədəniyyət və Turizm idarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon Mədəniyyət Mərkəzi 31 Dekabr –Dünya Azərbaycanlıların Həmrəyliy günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

30.12.2017

 30 dekabr 2017-ci il tarixdə saat 11:00-da Mədəniyyət Mərkəzinin qarşısında 31 Dekabr –Dünya Azərbaycanlıların Həmrəyliy günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib. Tədbirdə Qazax rayon İcra Hakimiyyəti, Mədəniyyət və Kitabxana işçiləri, “N” saylı Hərbi hissənin əsgərləri,  Qazax rayonun əhalisi iştirak edib. Şənlikdə aparıcılar Süleyman Hacıyev, Cahan Gəncəliyeva,  Şaxta baba, qar qız, “Göyəzən” instrumental ansamblı, Aşıqlar çıxış ediblər. Tədbirdə həmçinin İcra Hakimiyyətinin Birinci müavini Məhəmməd Alıyev çıxış edərək Qazax rayonun əhalisini bayram münasibətilə təbrik etmiş, rayonda görülən abadlıq işlərindən ətraflı  danışmışdır. Bayram musiqi sədaları altında davam etmişdir.