13.12.2022
12.12.2022-ci il tarixində Şəmkir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin və YAP Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqdər olaraq,dəyirmi masa keçirilmişdir.
İlk öncə Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi məktəbinin direktoru Nuranə Quliyeva, YAP Göygöl rayon təşkilatının əməkdaşı Seymur Əsgərov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi Müstəqil Azərbaycan Respublikasının yüksək inkişafa nail olmasından, bu gün ölkəmizə layiqincə rəhbərlik edən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin misilsiz fəaliyyətindən danışılıb.