Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə ümumrayon tədbiri keçirildi

29.12.2017

Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi və Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Ağstafa şəhəri Səməd Vurğun adına mədəniyyət və istirahət parkında 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni 2018-ci il münasibəti ilə ümumrayon tədbiri keçirildi.
Tədbirdə bayram yolkasının ətrafında şaxtababa və qarqız tərəfindən uşaqlara hədiyyələr paylanıldı. 
Tədbir rayonun mədəniyyət və incəsənət  nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirildi.