Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Struktur və əməkdaşlar

Mehdiyev Nurəddin Səftər oğlu

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Rəis

06 iyul 1971 – ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1978 – 1988 - ci illərdə Bakı şəhəri Yasamal rayonu 20 nömrəli tam orta məktəbdə təhsil almışdır. 1993 – cü ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1996 - 2003, Azərbaycan Milli Elmlər Akademiya­sı­nın İqtisa­diy­yat institutunda elmi işçi vəzifəsində çalışmışmışdır. 2003 - 2004-cü illər Gənclər Təşkilat­la­rının Milli Şurasının İdarə Heyətinin (Məclis) sədri vəzifəsində işləmişdir. 2012 - 2021 - ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri olmuşdur.  2013 – 2017 – ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olmuşdur. 2017 - ci ildən “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədridir. 2018 – ci ildən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dissertantıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 yanvar 2016 – cı  il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 aprel 2021 – ci  il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü təyin edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət nazirinin 30 dekabr 2021- ci il tarixli əmrilə 05 yanvar 2022 - ci il tarixindən Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 10 elmi, 40 - dan çox müxtəlif səpkili məqalələrin müəllifidir. Evlidir, bir qız, bir oğul övladı var.