Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

İqtisadiyyat

Ağstafa

Ağstafa rayonunun ərazisi 1504 kv. km, əhalisi 01.01.2017-cı il tarixə rəsmi qeydiyyatda 86,5 min nəfərdir. Rayonda 1 şəhər, 9 qəsəbə və 29 kənd yaşayış məntəqəsi vardır. Yaşayış məntəqələri 29 inzibati ərazi dairəsi və 29 bələdiyyə vasitəsi ilə idarə olunur.Rayon ərazisində 132 idarə, müəssisə və təşkilat, 4 bank filialı, 1 bank olmayan kredit təşkilatı, 4 mehmanxana fəaliyyət göstərir. Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət, ictimai-iaşə xidməti sahəsində çalışır. Hazırda məşğul əhalinin sayı 41860 nəfərdir, o cümlədən kənd təsərrüfatı sahəsində 17856 nəfər, sənayedə çalışanların sayı 330 nəfər, tikintidə 469 nəfər, təhsil, mədəniyyətdə 3726 nəfər, səhiyyə, sosial təminatda 1105 nəfər, nəqliyyat-rabitədə1004 nəfər, ticarət və ictimai-iaşədə 1337 nəfər, kreditləşmə, maliyyə və sığorta sahəsində 22 nəfər, idarəetmə orqanlarının aparatında 324 nəfər, digər təşkilatlarda 17632 nəfərdir. Məşğul əhalinin 6098 nəfəri dövlət, 37834 nəfəri qeyri dövlət sahələrində çalışanlardır. 2017-сı ildə rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında baş verən ən mühüm hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ağstafa şəhərində 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağstafa Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılması, həmçinin on səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon (dörd milyon səkkiz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayırması , 2017-ci ildə qazılması nəzərdə tutulan subartezian quyularının Ağstafa rayonu üzrə 7 yaşayış məntəqələrinə verilməsi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması barədə tapşırığına uyğun olaraq Ağstafa rayonunda bir sıra tədbirlər həyata keçirilmişdir. Özündə istehsal və emal müəssisələrini birləşdirən “Karvan-L” EKO Sənaye Parkı fəaliyyətini uğurla davam etdirir. Bu gün sənaye parkında 7 müəssisə, eləcə də kənd təsərrüfatı məhsulları yetişdirilən istixana kompleksi fəaliyyət göstərir. Hazırda sənaye parkının layihəsinə uyğun olaraq istehsal gücü sutkada 500 kv. metr olan keramika dam örtüklərinin istehsalı zavodunun tikintisi işləri davam etdirilir. Gələcəkdə balıqçılığın inkişaf etdirilməsi üçün Həsənsu çayı üzərində işlər aparılır. “Karvan-L” EKO Sənaye Parkınının tikintisi üçün 7 milyon manat vəsait qoyulmuşdur. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində Almaniyanın qabaqcıl şirkətlərinin iştirak etdiyi “Ağstafa Aqroservis” MMC-nin 2-ci mərhələsini təşkil edən Ağstafa taxıl və un məmulatları kombinatının tikintisi işləri sürətlə davam etdirilir. Ağstafa Taxıl və Un Məmulatları İstehsalı Kombinatı 3 zavoddan ibarət olacaq. Bunlar “Toxumluq taxıl emalı”, “Taxıl emalı və un istehsalı” və “Çörək və yarımfabrikatlar istehsalı” zavodlarıdır. Layihə çərçivəsində saatda 1 ton istehsal gücünə malik çörək zavodu, 30 min tonluq taxıl, 2 min tonluq un rezervuarları, mədəniyyət mərkəzi, 300 yerlik konfrans zalı, hazır məhsul anbarı, ikimərtəbəli fast fud iaşə obyekti, 140 yerlik yeraltı avtomobil dayanacağı, yem anbarının tikintisi həyata keçirilir. Ümumi sahəsi 2 min kvadratmetr olacaq fast fud iaşə obyektində kompleksin istehsal etdiyi çörək, un və qənnadı məhsulları təqdim ediləcəkdir. “Ağstafa Aqroservis” MMC-nin 2-ci mərhələsinin tikintisi üçün 26 milyon manat investisiya qoyulmuş və tikintinin tam başa çatdırılması üçün əlavə olaraq 13 milyon manat investisiya yatırılması nəzərdə tutulur. Saloğlu firmasının nəzdində “Modern Mebel Fabriki” və “Venzena Mebel Fabriki” layihələrinin icrası həyata keçirilir. “Venzena Mebel Fabriki”nin layihə smeta sənədləri hazırlanmış, torpaqayırma sənədləri hazırlıq mərhələsindədir, yaxın ğünlərdə mebel şəhərciyinin tikintisinə başlanılması nəzərdə tutulur. Məlumat verim ki, mebel şəhərciyinin tikintisi üçün 128 milyon 741 min manat investisiya qoyulması planlaşdırılır. Ağstafada qədim xalçaçılıq ənənələrinin olması nəzərə alınaraq “Azərxalça” ASC-nin Ağstafa filialı təsis edilmişdir. Tikinti üçün rayon İcra hakimiyyəti tərəfindən şəhərin Hüseyn Arif küçəsində 0.50 ha torpaq sahəsi ayrılmışdır. Layihə üzrə bir mərtəbəli və sahəsi 1246,0 kv. metr olacaq binanın inşaat işləri hazırda başa çatmaq üzrədir. Burada 465,6 kv. metr sahə toxuculuq zalı üçün nəzərdə tutulub. Müəssisə fəaliyyətə başladıqdan sonra 120 nəfər daimi işlə təmin olunacaqdır. Ağstafa rayonunda yeni iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, rayonun ixrac potensialını artırır və çoxsaylı yeni iş yerləri yaradır. Rayonda fəaliyyət ğöstərən “Akkord Tekstil” MMC-nin tikiş fabriki yeni avadanlıqlarla təchiz olunmaqla fəaliyyətini davam etdirir. Fabrikdə ixrac yönlü məhsul istehsalı üçün əlavə olaraq 200 min (ABŞ) dolları həcmində investisiya qoyulmuş və bu istiqamətdə işlər davam etdirilir. Hazırda 120 nəfərin çalışdığı fabrikdə ixrac üçün nəzərdə tutulan məhsulların istehsalı həyata keçirilir. Artıq fabrikin istehsal etdiyi məhsulların Avropa bazarına çıxarılması üçün müqavilələr bağlanmış və məhsullar ixrac olunur. Gələcəkdə məhsul istehsalını çoxaltmaq, işçilərin sayını iki dəfə artırmaq və ixrac məhsullarının çeşidini və həcmini artırmaq üçün tədbirlər görülür.2017-ci ilin 9 ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 43.6 faiz artaraq 143.7 milyon manata çatmışdır. Keçən ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun ümumi həcmi 38.3 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 0.9 faiz artmış, nəqliyyat xidmətində 3.3 faiz, rabitə xidmətində 4.3 faiz, ticarət sahəsində 0.4 faiz, tikinti sahəsində 3.0 dəfə artım olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi 2.7 dəfə artmış və 68.7 milyon manatdan çox olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 0.9 faiz, pərakəndə əmtəə dövriyyəsi 0.9 faiz artmışdır. Rayon üzrə orta aylıq nominal əmək haqqı 240.70 manata çatdırılmışdır. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində yerli gəlirlər üzrə proqnoz 121.0 faiz yerinə yetirilmişdir. Yerli gəlirlər 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 653.6 min manat çox icra olunmuşdur. Büdcəyə daxil olan vəsaitlər ilk növbədə əmək haqqına və ona bərabər tutulan xərclərə yönəldilmişdir. Yerli büdcənin icrasında artıq xərcə yol verilməmiş, digər xərclər ay və rüb bölgüləri gözlənilməklə həyata keçirilmişdir. ƏƏSMN yanında DSMF-nin Ağstafa rayon şöbəsi 11710 nəfər pensiyaçıya xidmət edir. 2017-ci ilin doqquz ayı ərzində 400 nəfərə əmək pensiyası təyin edilmişdir, bir nəfərə düşən orta aylıq pensiyanın məbləği rayon üzrə 178.25 manat təşkil edir. 9 ay ərzində əmək pensiyalarının maliyyələşdirilməsinə 19.0 milyon manat, müxtəlif növ müavinətlərin ödənilməsinə 519.6 min manat vəsait xərclənmışdir. DSMF-nin Ağstafa rayon şöbəsi tərəfindən bu ilin 9 ayı ərzində məcburi dövlət sosial sığorta haqqı üzrə proqnoza 84.5 faiz əməl olunmuş və büdcə təşkilatları üzrə daxilolma 83.8 faiz, qeyri büdcə təşkilatları üzrə 93.2 faiz olmuşdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən toplanan proqnoz tapşırığa 83.0 faiz əməl olunmuşdur. Ağstafa rayonu üzrə 4347 nəfər sosial müavinət alan qeydə alınmışdır. Sosial məişət xidməti sektorunda 249 nəfər tənha və ahıl vətəndaşlar xidmət uçotuna götürülmüşdür. Rayon üzrə 2304 nəfərə, 512 ailəyə ünvanlı sosial yardım verilir, hər ailəyə ödənilən yardımın məbləği 151.24 manat, adambaşına 33.61 manat təşkil edir. “Azərpoçt” MMC-nin Ağstafa Poçt filialı 2017-ci ilin 9 ayı ərzində plan proqnoz tapşırıqlarını 114.0 faiz yerinə yetirmişdir. 2017-ci ilin 9 ayı ərzində rayon ərazisində fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları vasitəsilə əhaliyə cəmi 3 mln. 986 min manat kredit verilmişdir. 2016-cı ilin eyni dövrü ilə müqayisədə əhalinin banklardan götürdüyü kreditlərin həcmində 42 faiz azalma müşahidə olunur. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına rayon üzrə sahibkarlıq subyektlərinə 46 layihə üzrə 624.6 min manat güzəştli kreditlər verilmişdir. Cari ilin ötən dövrü ərzində əhalinin banklardakı əmanətləri 2064.8 min manat və 180.0 min ABŞ dolları həcmində olmuşdur, bütövlükdə rayon əhalisinin əmanətlərinin həcmi 2370 min manat civarındadır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1121min manat və ya təxminən 2 dəfə çoxdur. 2017-ci ilin 9 ayı ərzində 835 nəfər işaxtaran kimi rayon Məşğulluq Mərkəzində qeydiyyata alınmış və 322 nəfər işlə təmin edilmişdir. Ötən dövr ərzində 31 nəfərə işsiz statusu verilmiş və işsizlik müavinəti təyin edilmişdir. Hazırda Məşğulluq Mərkəzində 299 vakant iş yerləri mövcuddur. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası Ağstafa rayonunda tədbirlər planına uyğun həyata keçirilmişdir. Ağstafa rayonu üzrə 2017-ci ilin yanvar-sentyabr ayları ərzində həyata keçirilmiş bir sıra tədbirlər nəticəsində rayonda 1183 nəfər işlə təmin olunmuşdur. Rayon üzrə işlə təmin olunanların (1036 nəfər) 87.5 faizi daimi işlərdə işləyənlərdir.Statistik göstəricilərə görə bu ilin 9 ayı ərzində rayonda miqrasiya artımı müsbət saldo ilə nəticələnmiş (gələnlər 92, gedənlər 50, artım +42), təbii artım 457 (doğulanlar 937, ölənlər 480), rəsmi qeydiyyata alınan nigahların sayı 345, boşanmaların sayı (75) bu göstəricinin 21.7 faizini təşkil edir. Ölkə iqtisadiyyatında xüsusi çəkisi olan kənd təsərrüfatının əsas strateji hədəfi əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Aparılan aqrar islahatlar kənd təsərrüfatında yeni münasibətlərin formalaşmasına və nəticədə məhsul istehsalının artmasına səbəb olmuşdur. Bu il Ağstafa rayonu üzrə cəmi 30883 ton taxıl istehsal olunmuşdur və hər hektardan 30.0 sentner məhsul götürülmüşdür. İstehsal olunan taxılın 26373 tonu buğda, 4510 tonunu arpa məhsulu təşkil edir. Rayon üzrə müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalı davam etdirilir, bu günə kimi 2610 ton bostan məhsulu, 15450 ton kartof, 479 ton soğan, 6056 ton tərəvəz, 2619 ton günəbaxan, 3345 ton qarğıdalı istehsal olunmuşdur. Kənd təsərrüfatı məhsullarının əkilib becərilməsində 19776 nəfər məşgul olmuşdur. Cari ilin yanvar-sentyabr ayları ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 371.0 min manat artmışdır. Bu dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiya, texnika təminatı nəticəsində əldə olunmuşdur. “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”na uyğun olaraq 2017-ci ildə Ağstafa rayonu üzrə 9824 istehsalçıya 1123833 manat subsidiya verilməsi həyata keçirilmişdir. Rayonda payızlıq və yazlıq bitkilərin əkilib-səpilməsində “Ağstafa Aqroservis” MMC-nin 67 ədəd və “Aqrolizinq” ASC-nin Ağstafa Aqroservis xidmətinin 72 ədəd müasir kənd təsərrüfatı texnikasından istifadə olunmuşdur. Bu da rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradır. Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq rayonumuzda 500 hektar şəkər çuğunduru əkilmişdir. 2017-ci ilin doqquz ayı ərzində Ağstafaçay dəryaçasında kifayət qədər su ehtiyatı yığılmadığından suvarma suyu ilə təminatda müəyyən problemlər yaranmışdır. Hazırda su anbarında 15.0 milyon kub metr suvarma suyu mövcuddur. Ağstafaçay Hidroqovşaq İstismar İdarəsi tərəfindən cari ilin 9 ayı ərzində 9 ədəd selötürən, 3 ədəd suayrıcı qurğular, 2 ədəd dükker və 20 ədəd hidrotexniki qurğular, 9 ədəd hidropostlar, 18.4 km beton kanallar cari və əsaslı təmir edilmiş, eləcə də kanallarda lildən və kol-kosdan təmizlənmə işləri aparılmışdır. Sağ sahil kanalında mütəmadi təmir işləri aparılsa da, kanalın beton üzlüyündə çatlar əmələ gəldiyinə görə su itkisinə yol verilir. Kanalın kəndlərdən keçən hissələrində qanunsuz zibilxanaların olması və həmin zibilin daşınmaması sonda kanala tökülməsinə səbəb olur və xoşagəlməz hallar yaradır. Ağstafa Suvarma Sistemləri İdarəsi tərəfindən 2017-ci ilin doqquz ayı ərzində R-5 kanalında əsaslı təmir və kanalda səviyyəqaldırıcı qurğular əsaslı təmir olunmuş, 15 ədəd hidrotexniki qurğu, 6 ədəd hidropost və 5.1 km kanalda cari təmir, kanalların lildən və kol-kosdan təmizlənməsi həyata keçirilmişdir. 2017-ci ilin mövsümü suvarmasına mart ayının ortalarından dənli bitkilərin suvarılması ilə başlanılmışdır. Tovuz Subartezian Quyularının İstismarı İdarəsininin Ağstafa İstismar sahəsi 226 ədəd subartezian quyusunun istismarına xidmət edir. İlin 9 ayı ərzində 47 ədəd subartezian quyusunda cari, 68 ədəd subartezian quyusunda əsaslı təmir işləri aparılıb. Mövcud subartezian quyuları vasitəsilə 3554 hektar əkin sahələrinin suvarılması həyata keçirilmişdir. Rayonun Pirili (2), Kolxəlfəli (1), Aşağı Kəsəmən (2), Zəlimxan (1), Qıraq Kəsəmən (1), Poylu kəndi (2), Qarahəsənli (1), Molla Cəfərli (1), Ağstafa şəhəri (1) ərazisində 12 ədəd yeni subartezian quyusunda qazma işləri başa çatdırılmış və istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 05.06.2017-ci il tarixli sərəncamı ilə rayonumuzda 7 ədəd subartezian quyusunun qazma işləri aparılır. Rayonda əkin sahələrinin suvarma suyuna olan tələbatının yaxşılaşdırılması üçün Pirili, Xılxına, Köçəsgər, Eynallı, Aşağı Göycəli, Aşağı Kəsəmən və Poylu kəndlərində quyuların qazılması həyata keçirilir. Ağstafa rayon Baytarlıq idarəsi tərəfindən rayon ərazisində mövcud olan bütün növ kənd təsərrüfatı heyvanları və quşları arasında müalicə və profilaktik tədbirləri həyata keçirilmiş və heç bir yoluxucu xəstəliklər qeydə alınmamışdır. Meşə Mühafizə və Bərpası Müəssisəsi tərəfindən 2017-ci ilin 9 ayı ərzində 15 ha sahədə badam, 7.5 ha ərik, 5.7 ha gilas, 2.8 ha sahədə gilanar, 4 ha sahədə gavalı cinsindən ibarət 35.0 ha sahədə meyvə bağı salınaraq ümumilikdə 16750 ədəd ting əkilmişdir. 2017-ci ilin 9 ayı ərzində rayonda ictimai təşkilatlar, siyasi partiyalarla və kütləvi informasiya vasitələri ilə iş qanunauyğun tənzimlənmiş və dini tolerantlıq təmin olunmuşdur. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə yanaşı tədrisin səviyyəsinin artırılması, eləcə də müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin keçirilməsinin təmin edilməsi istiqamətində rayon Təhsil Şöbəsi üzərinə düşən vəzifələrin icrasına çalışmışdır. “Dövlət ümumi təhsil müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Ağstafa rayonu üzrə qiymətləndirmədə iştirak edənlərin hamısı məqbul nəticə ğöstərmişdir. Cari tədris ilində rayon məktəblərinin buraxılış siniflərində təhsil alan şagirdlərin imtahanlarda iştirak etməsi və onlara attestatların verilməsi sahəsində zəruri tədbirlər görülmüşdür. Bu il ilk dəfə təhsildə fərqlənən şagirdlərə fərqlənmə atestatı verilmiş və rayon üzrə 27 şagird fərqlənmə atestatına layiq görülmüşdür. Rayonda təhsilin infrastrukturunun daha da yaxşılaşdırılması istiqamətində ciddi işlər aparılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 21.10.2016-cı il tarixli Sərəncamına uyğun olaraq 1320 şagird yerlik Ağstafa şəhər 3 saylı tam orta məktəbin əsaslı təmiri işləri həyata keçirilir. Köhnəqışlaq kənd tam orta məktəbi üçün 108 yerlik yeni məktəb binasının və Kolayır kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəb binasının tikintisi işləri başa çatdırılmışdır. Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Əhalinin sağlamlığının qorunmasına dair dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi və movcud olan tibb məntəqələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanası tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. 2017-ci ilin 9 ayı ərzində 2349 nəfər ilkin xəstə dispanser qeydiyyatına götürülmüşdür. Hazırda 6986 nəfər dispanser qeydiyyatında saxlanılır. Rayon üzrə 163 nəfər şəkərli diabet, 27 vərəmli, 87 onkoloji, 9 xroniki böyrək çatışmamazlığı xəstələr həkimlər tərəfindən ilkin aşkar olunaraq qeydiyyata götürülmüş və mütəmadi olaraq pulsuz dərmanla təmin edilmişdir. Respublika Prezidentinin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə əlaqədar Ağstafa rayon əhalisinin tibbi müayinədən keçirilməsi həyata keçirilmişdir. Rayonun Saloğlu qəsəbəsində yeni tibb məntəqəsi tikilib istifadəyə verilmiş və inventar avadanlıqlarla təchiz olunmuşdur. Ağstafa rayon GEM-də ötən 9 ay ərzində müayinə zamanı 37 vərəm, 1040 yuxarı tənəffüs yollarının kəskin infeksiyası, 4 brüselloz, 5 hepatit C qeydə alınmışdır. Qeyd olunmuş infeksion xəstələrin evlərində yekunlaşdırıcı dezinfeksiya işləri və ocaqlarda kantaktlar üzərində nəzarət aparılmışdır. Hasabat dövründə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi tərəfindən bir çox mədəni-kütləvi tədbirlər keçirilmiş, əlamətdar günlər qeyd olunmuşdur. “Milli musiqi günü” və “ Beynəlxalq Turizm günü” ilə əlaqədar olaraq konsert proqramları təşkil olunmuşdur. Ağstafa rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclərdə vətənpərvərlik tərbiyəsinin, milli mənəvi dəyərlərin təbliği işinin gücləndirilməsi, gənclər arasında hüquq pozuntuları, narkomanlıq və QİCS-in yayılması kimi mənfi halların profilaktikası, rayon gənclərinin məşğulluğunun təmin edilməsi və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi sahəsindəki təbliğat və maarifləndirmə işi aparılmışdır . Ağstafa rayonunda abadlıq-quruculuq və təmir-tikinti sahəsində sürətli inkişaf təmin edilmişdir. C.Cabbarlı küçəsində abadlıq-yenidənqurma işləri aparılmışdır. Aşıq Ələsgər, Mehdi Mustafayev, H.Aslanov və Nizami küçələrində abadlıq işləri üçün hazırlıq işləri aparılır, zəbt olunmuş səkilər açılmış və ağaclar budanmışdır. Şəhərin Ş.Qurbanov 4, 23 və 24 saylı, M.Allahverdiyev 16, 20, 22 saylı, R.Alıcanov 1 və 2 saylı, C.Cabbarlı küçəsində 17, 19 və 38 saylı, Heydər Əliyev prospekti 36 saylı yaşayış binalarının dam örtüyü dəyişdirilmiş, fasad hissəsi, pilləkən boşluqları və həyətlərində təmir bərpa işləri görülmüşdür. Ötən dövr ərzində nümayəndəliklər tərəfindən 35.6 km suvarma arxları təmizlənmiş, 33.9 km yollar xırlanmış, 141 ədəd elektrik dayaqları yenisi ilə əvəz edilmiş, 20 ədəd subartezian quyusu təmir olunmuş, 21 su keçidi salınmış, 6 elektrik transformatoru təmir olunmuş, 800 metr uzunluğunda içməli su xətti təmir edilmişdir. Qırılı və Aşağı Kəsəmən kənd qəbiristanlığının ətrafına metal tor çəkilmişdir. Elektrik enerjisi ilə təminatında bir sıra işlər görülmüş, sıradan çıxmış 48 ədəd müxtəlif gücə malik transformatorlar bərpa edilmiş 10, 6 və 04 kv elektrik xətlərində cari təmir işləri aparılmış, çürük dayaqlar yenisi ilə əvəz edilmişdir. Vurğun qəsəbə, Həsənsu, Dağ Kəsəmən və Zəlimxan kəndlərində 0.4 kv hava xəttində 4.1 km yeni SİP xətti çəkilmiş, 77 ədəd dayaq yenisi ilə əvəz olunmuşdur. Ağstafa rayonunda yol infarstrukturunun əsaslı, yenidən quruluması uğurla icra olunur. Əsaslı şəkildə yenidən qurulan Vurğun, Həsənsu, Qırılı, Eynallı və Köçəsgər kəndlərini Ağstafa şəhəri ilə əlaqələndirən uzunluğu 15,5 km olan Ağstafa – Köçəsgər avtomobil yolunda əsaslı yenidənqurma işləri başa çatdırılmışdır. Vurğun, Ğöycəli, Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərini rayon mərkəzi ilə əlaqələndirən uzunluğu 24 km olan Vurğun-Köhnəqışlaq avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. 9,5 km uzunluğunda Köçvəlili-Qarayazı avtomobil yolunun əsaslı surətdə yenidənqurulması başa çatsdırılmışdır. 9.5 km uzunluğunda olan Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu avtomobil yolunun tikintisi həyata keçirilıir. Ağstafa rayonu ərazisində əhalinin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə 4 körpünün tikintisi, Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunda 3, Ağstafa-Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 körpünün inşası başa çatdırılmışdır. Layihə çərçivəsində dəmir yolu, Ağstafaçay və Acıdərəçay üzərindəki körpülər sökülüb, Kür çayı üzərindəki körpü isə tarixi əhəmiyyəti nəzərə alınaraq saxlanılmışdır. 2017-ci ilin ötən dövrü ərzində rabitə sisteminin yaxşılaşdırılması sahəsində bir sıra addımlar atılmış, internet istifadəçilərinin sayı artırılmışdır. 2017-ci ilin yanvar-sentyabr ayları ərzində Ağstafa rayonu İcra hakimiyyəti başçısının aparatına vətəndaşların 564 müraciəti daxil olmuş, rayon İcra hakimiyyəti tərəfindən 4880 nəfər vətəndaş qəbul edilmiş, yerlərdə 34 səyyar qəbulları keçirilmiş, həmin görüşlərdə 3966 nəfər iştirak etmiş, 344 təklif irəli sürülmüşdür. Qaldırılan problem və təkliflərin 164-ü həll olunmuş, 80-nin icrası davam etdirilir, 100 təklifin icrası növbəti aylarda nəzərdə tutulur.