Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Ağstafa rayon Heydər Əliyev Mərkəzi

      Ağstafa Şəhəri Heydər Əliyev Mərkəzinin açılşı 2008-ci ilin sentyabr ayının 24-də cənab prezident İlham Əliyevin iştirakı ilə olmuşdur. 3,7 ha əraziyə malik olan Mərkəzin ərazidə tutduğu sahə 3517 m2-dir.  Mərkəzin həyətində Ulu Öndərimizin xatirəsini əbədiləşdirən 7,2 m hündürlüyə malik abidə ucaldılmışdır. 4 mərtəbədən ibarət olan Mərkəz özündə 3 muzey salonunu, 1 böyük (390 nəfərlik), 1 kiçik və 2 konfrans zalını, rəqs, kitabxana və distant təhsil, ekoturizm və informasiya studiyası, uşaq yaradıcılıq studiyası, tədris və hazırlıq mərkəzi və inzibati otaqları, eləcə də nigah zalı və sərgi otaqlarını cəmləşdirir.

     16 nəfər əməkdaşla fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi öz iş istiqamətini aşağıdakı şəkildə müəyyən etmişdir:

1. Ulu Öndər Heydər Əliyevin zəngin, çoxşaxəli irsinin araşdırılması və təbliği sahəsində:

      Bu istiqamətdə elmi işlərin hazırlanması və tədbirlərin keçirilməsi. “Heydər Əliyev məktəbi” layihəsi, “İntelektual oyunlar” bilik yarışını və s.

2. Marifləndirici istiqamətdə fəaliyyətini “İntelektual oyunlar” bilik yarışını, Muzeyə olan mütəşəkkil ekskursiyaların təşkilini, müxtəlif istiqamətdə keçirilən çoxsaylı tədbirlərin təşkilini və bütün bunların KİV-də işıqlandırılmasını əhatə edir.

Ulu Öndər Heydər Əliyevin zəngin, çoxşaxəli irsinin araşdırılması və təbliği məqsədi ilə mütəmadi şəkildə elmi araşdırmalar aparılır. Bu araşdırmaların nəticəsi olaraq hər ay 1 dəfədən az olmayaraq mühazirələr hazırlanır, müzakirə olunur, təsdiq edilərək elmi işlərə əlavə edilir.

“Heydər Əliyev məktəbi” layihəsi Mərkəzin həyata keçirdiyi ən əhəmiyyətli işlərdəndir. Ağstafa rayonunun bütün orta ümumtəhsil  məktəblərinin şagirdləri Ulu Öndərin abidəsini ziyarət edir, Muzey salonlarındakı eksponatlarla yaxından tanış olur, onlara  Mərkəz haqqında məlumat çatdırılır və tədris kiçik zalda davam etdirilir. Burada məktəblilərlə  Mərkəzinin əməkdaşları və tarix müəllimlərinin iştirakı ilə diskussiya xarakterli söhbət aparılır, Ulu Öndərin həyat və fəaliyyətinin ən müxtəlif məqamlarını özündə əks etdirən kadrlara tamaşa edilir. Həmin vaxtda Mərkəzin əməkdaşlarının hazırladıqları mühazirələrin oxunması da yaddan çıxarılmır.

Hər zaman uşaq, yeniyetmə və gənclərimizin düzgün istiqamətdə yetişməsində öz töhvəsini verməyi qarşısına əsas məqsədlərdən biri kimi qoyan Ağstafa şəhəri Heydər Əliyev Mərkəzi istedadlı məktəblilərin üzə çıxarılması istiqamətində də az işlər görmür.

Heydər Əliyev Mərkəzində rəqs dərnəyi fəaliyyət göstərir. Rəqs dərnəyində milli rəqslərimizlə yanaşı, dünya rəqsləri də öyrədilir.

Heydər Əliyev Mərkəzində hər həftənin 3 günü Mədəniyyət və Turizm Nazirliyinin “Milli Kino Günləri” layihəsinə daxil edilən filmlərin nümayişi olur.

Mərkəzin özünün iş planına daxil olan və digər təşəbbüslərlə burada hazırlanan çoxsaylı tədbirlər Ağstafa rayonunun ictimai-mədəni həyatında özünəməxsus yer tutmaqdadır.

H.Arif küç.1

https://www.facebook.com/leman.celilova.37?fref=ts