Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qazaxda Xalq yazıçısı, nasir Mehdi Hüseynin anadan olmasının 115 illiyi qeyd olunub

05.04.2024

5 mart 2024-cü il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi kitabxanası oxu zalında Xalq yazıçısı, nasir Mehdi Hüseynin anadan olmasının 115 illiyi münasibətilə “Ədəbiyyatımızın düşünən beyni” adlı kitab müzakirəsi keçirib. Tədbirdə bir qrup tələbə, fəal oxucu və kitabxana əməkdaşları iştirak edib.

Öncə BDU-nun Qazax filialının müəllimi Qasım Əliyev, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl və tədbir iştirakçıları Azərbaycan ədəbiyyatı tarixində öz dəsti-xətti ilə seçilən görkəmli yazıçı Mehdi Hüseynin xatirəsini ehtiramla yad edərək şəhər parkında ucalan abidəsi önünə təzə-tər güllər düzüblər.

Mərkəzi kitabxananın oxu zalında “Ədəbiyyatımızın düşünən beyni” adlı müzakirədə Mehdi Hüseyn yaradıcılığına dair geniş mülahizələr, fikirlər bildirilərək qeyd olunub ki, Azərbaycan ədəbi tənqidində yeni üslubu ilə seçilən, azad söz uğrunda cəfakeş olaraq çalışan və həyatını qurban verən Mehdi Hüseyn ədəbiyyatımıza “Abşeron”, “Qara daşlar”, “Yeraltı çaylar dənizə axır” və s. kimi əsərləri ilə yanaşı “Fətəli xan”, “Qara daşlar”, “Səhər” kimi kino ssenarilərinin müəllifi olaraq ölməzlik qazanmışdır.Mehdi Hüseyn yaradıcılığını sevərək mütaliə edən tələbələr yazıçının “Abşeron” romanına görə “Dövlət mükafatı laureatı”na layiq görüldüyünü, dahi Nizamiyə həsr etdiyi “Nizami”, qədim Alban dövlətinin yenilməz sərkərdəsi Cavanşirə həsr etdiyi “Cavanşır” tarixi dramlarının sevilərək oxunduğunu qeyd ediblər.