Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi

02.05.2024

Mayın 2-də Ağstafa rayon Heydər Əliyev Mərkəzində rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi" adlı tədbir keçirilib.

 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.

 

Mərkəzin foyesində tədbir iştirakçıları Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş kitablardan və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirib, mərkəzdəki eksponatlarla tanış olublar.

 

Mərkəzin konfrans zalında təşkil olunan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri giriş sözü ilə açan Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova bildirib ki, Ümummilli Lider Heydər Əliyevin adı təkcə Azərbaycanın tarixinə deyil, həm də dünya siyasətinin tarixinə fenomenal şəxsiyyət, dahi lider, uzaqgörən dövlət başçısı kimi həkk olub. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli mədəniyyət məsələsi ən vacib istiqamətlərdən olub və O, mədəniyyət və incəsənətinin bütün sahələrində öz izini qoymuş dahi şəxsiyyətdir.

Tədbirdə çıxış edən digər natiqlər Ağstafa rayon Rəsm Qalereyasının direktoru Gülgün Kərimov, Mərkəzi Kitabxana Sisteminin direktoru Solmaz Nağıyeva, Tarix Diyarşünaslıq muzeyinin direktoru Yeganə Əhmədova, H.Arif ev muzeyinin direktoru Rövşanə Mahmudova, Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən, onun dövlətimizin bütün sahələrinə olan diqqət və qayğısından, respublikamızda muzey işinin təkmilləşdirilməsi və yeni muzey sisteminin qurulması, xatirə və ev-muzeyləri şəbəkəsinin yaradılması, gənc nəslin maarifləndirilməsi və təlim-tərbiyəsinin inkişafı üçün gördüyü dəyərli işlər haqqında maraqlı məlumatlar veriblər. Həmçinin Heydər Əliyevin dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlarından bəhs olunub. Qeyd olunub ki, Müasir Azərbaycanın əsas qurucularından olan və tarixə öz damğasını vuran dahi şəxsiyyət Heydər Əliyev bu gün də xalqın yaddaşında və ürəyində yaşayır.   

Tədbirdə Həsənsu kənd mədəniyyət klubunun müdiri, gənc şair Rüfət Axundlu Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeir səsləndirib.