Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

I Regional Aşıq sənəti müsabiqəsinin birinci turu başa çatıb

18.04.2024

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə uşaq və gənclər arasında I Regional Aşıq sənəti müsabiqəsinin birinci turu başa çatıb. 

16-18 aprel tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsini əhatə edən bölgələrdə keçirilən müsabiqədə 216 nəfər qeydiyyatdan keçib, 197 nəfər iştirak edib. 

Müsabiqənin II turu 1-3 may tarixində keçiriləcək. 

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd, Regional İdarəni əhatə edən rayonlarda (Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy ) Aşıq sənətində uşaq və gənclərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, xüsusi istedada malik olan uşaq və gənclərin aşkar edilməsi və Aşıq sənətinin regionda canlandırılmasının təmin edilməsinə dəstək verilməsidir.