Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qayıdan torpaqların, qayıtmayan övladları

01.05.2024

Şəmkir rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsi Azərbaycanın Milli Qəhrəmanı Cəfərov Faiq Əliqulu oğlunun anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq Fərman Salmanov adına şəhər tam orta məktəbində 01.05.2024-cü il tarixdə "Qayıdan torpaqların, qayıtmayan övladları" başlığı altında tədbir təşkil edib. Kitabxananın əməkdaşı Səbinə Əhmədova qəhrəmanın keçdiyi şərəfli həyat yolundan bəhs edərək bildirib ki, Faiq Cəfərov 1974-cü il may ayının 1-də Cəlilabad rayonunun Şiləvəngə kəndində anadan olmuşdur. 1991-ci ildə Bakı Maşınqayırma Texnikumuna daxil olmuş, 1992-ci ilin sentyabr ayından Sərhəd Qoşunları Baş İdarəsinin Naxçıvan Sərhəd Dəstəsində hərbi xidmətə başlamışdır.1995-ci ilin mart ayında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı xüsusi qəhrəmanlıq nümunəsi göstərmiş, döyüşlərdə ağır yaralanmış və ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 27 dekabr tarixli fərmanı ilə Cəfərov Faiq Əliqulu oğlu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.Daha sonra "Qayıdan torpaqların, qayıtmayan övladları" adlı tərtib edilmiş kitab sərgisinə baxış keçirilib.