Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

I Regional Aşıq sənəti müsabiqəsinin ikinci turu başa çatıb

06.05.2024

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə uşaq və gənclər arasında I Regional Aşıq sənəti müsabiqəsinin ikinci turu başa çatıb. 

1-3 may tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsini əhatə edən bölgələrdə keçirilən müsabiqənin II turuna 110 nəfər vəsiqə qazanıb, 22 nəfər aşıq sənəti, saz və balaban ifaçılığı nominasiyaları üzrə qalib gəlib. 

 

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd, Regional İdarəni əhatə edən rayonlarda (Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy ) Aşıq sənətində uşaq və gənclərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, xüsusi istedada malik olan uşaq və gənclərin aşkar edilməsi və Aşıq sənətinin regionda canlandırılmasının təmin edilməsinə dəstək verilməsidir.