Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Tovuzda ümumrayon bayram şənliyi keçirilib

21.03.2024

21.03.2024-cü il tarixində Tovuzda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

Konsert Aşıq Əsəd Rzayev adına Uşaq Musiqi Məktəbinin və Aşıq Əkbər Cəfərov adına Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbiri RİH başçısı Məmməd Məmmədov açaraq Novruz bayramı münasibətilə tovuzluları və rayonumuzun qonaqlarını təbrik etmiş,ölkəmizdə milli-mənəvi dəyərlərin,adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümumilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusilə vurğulamışdır.

Meydanın mərkəzində quraşdırılmış rəmzi tonqal qalanmış,milli oyunlar,Novruz adət-ənənələri,milli xörəklər,şirniyyatlardan ibarət "Novruz" sərgisi iştirakçılara təqdim olunmuşdur.

Bayram şənliyi geniş konsert proqtamı ilə davam etdirilib.