21.10.2025
Ağstafa rayon Heydər Əliyev Mərkəzində oktyabrın 21-də Ağstafa rayon Heydər Əliyev Mərkəzinin, Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun, Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Ağstafa rayon Hüseyn Arif Ev Muzeyinin və Ağstafa rayon Gənclər Evinin birgə iştirakı ilə “Konstitusiya və Suverenlik” ilə əlaqədar “Dövlət müstəqilliyinin qorunmasında Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi mühüm tarixi xidmətlərdən, onun uzaqgörən siyasətindən və dövlətçilik ənənələrinin bərpasındakı misilsiz rolundan geniş bəhs olunub.
Tədbiri giriş sözü ilə açan Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova qeyd edib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev xalqımızın tarixində əvəzsiz lider kimi daim yaşayacaq. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi böyük sınaqlardan uğurla çıxıb, müstəqilliyimiz əbədi və dönməz xarakter qazanıb.
Daha sonra çıxış edən Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Turan Hüseynov, Ağstafa Gənclər Evinin metodisti Kifayət Əlisgəndərova, Ağstafa rayon Hüseyn Arif adına ev muzeyinin əməkdaşı Sura Həsənova və Ağstafa rayon Mərkəzləşmiş Kitabxana Sisteminin əməkdaşı Günay Qədimalıyeva Ulu Öndərin Azərbaycan gəncliyinin formalaşması, milli-mənəvi dəyərlərin qorunması, elm və mədəniyyətin inkişafı, eləcə də dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs ediblər.
Tədbir iştirakçıları həmçinin mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.