Şəmkir Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Daşkəsən rayon Mədəniyyət Mərkəzinin kollektivi 20 Yanvar şəhidlərinin xatirə gününə həsr olunmuş “Ağrılı xatirələr” adlı ədəbi-bədii gecə təşkil etdi.

19.01.2022

18.01.2022 - ci il tarixdə Daşkəsən rayon Mədəniyyət Mərkəzi Azərbaycanın müstəqilliyinə doğru ilk və ən böyük addımını atdığı gündən 1990-cı il yanvarın 20-dən düz 32 il ötür. Bu münasibətlə Daşkəsən rayon Mədəniyyət Mərkəzinin kollektivi 20 Yanvar şəhidlərinin xatirə gününə həsr olunmuş “Ağrılı xatirələr” adlı ədəbi-bədii gecə təşkil etdi.

Tədbir açıq elan olunandan sonra 20 Yanvar Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Çıxış üçün ilk söz 20 Yanvar gecəsi baş verən dəhşətli hadisələrin səbəblərini və səbəbkarlarını yaxından tanıtmaq və məlumat vermək üçün Mədəniyyət Mərkəzinin direktoru M.Abdullayevaya verildi. O, Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi bu qətliamın Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı döyüş hissələrinin yeridilməsi nəticəsində baş verdiyini qeyd etdi. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyini bildirdi. O, həmçinin Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin həmin günlərdə xalqın yanında olmasını, ölkəmizin Moskvada nümayəndəlıyindəki çıxışını, daha sonralar Azərbaycan Prezidenti kimi bu günə xüsusi status verməsini qeyd etdi. Bildirildi ki, 20 Yanvar gecəsi qanlı yaddaşımız olmaqla yanaşı, həm də bir qəhrəmanlıq nümunəsidir. Biz həmin gecə Azərbaycanın suverenliyi uğrunda canından keçən insanları Şəhid və əsl Qəhrəman sayırıq.

Tədbirin bədii hissəsinə 20 Yanvar gecəsində baş verən hadisələri özündə əks etdirən videoçarx nümayiş olundu. Sonda məktəblilər şeirlər söylədilər.