Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü

22.04.2024

Şəmkir rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsi 23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibətilə 22.04.2024-cü il tarixdə "23 Aprel Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü" başlığı altında tədbir təşkil edib.Ümumdünya Kitab və Müəllif Hüquqları Gününə həsr olunan tədbirin keçirilməsinin məqsədi kitab və müəlliflik hüququnun mədəni irsimizlə bağlı əhəmiyyətini bir daha açıqlamaq, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasında rolunu diqqətə çatdırmaq, mədəni ənənələrimizin qorunub saxlanılmasının vacib olduğunu bir daha təsdiqləməkdir.