Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

 Tovuzda ”Qalib Lider və Qalib Sərkərdə” mövzusunda sərgi təşkil edilib

23.10.2025

23 oktyabr 2025-ci il tarixdə Tovuz rayon Heydər Əliyev Mərkəzinin və MKS-nin birgə təşkilatçılığı, rəssamların və A.S.Puşkin adına tam orta məktəbin şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyev İrsinin təbliği ilə bağlı və Zəfər gününün 5-ci ildönümü ilə əlaqədar  "Qalib Lider və Qalib Sərkərdə" mövzusunda sərgi təşkil edilib.
Sərgidə Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova tədbiri açıq elan edərək  bildirib ki, ölkəmizin ərazi bütövlüyünün tam bərpasının, dövlət müstəqilliyinin və suverenliyinin daha da möhkəmləndirilməsinin tarixi və mənəvi əhəmiyyəti böyükdür. Bu gün Azərbaycan xalqı öz taleyinin əsl sahibidir, milli birliyimiz, Ordumuzun qüdrəti və Ali Baş Komandan cənab İlham Əliyevin  qətiyyəti nəticəsində torpaqlarımız işğaldan azad olunub, ədalət bərpa edilib.
Bizim igid oğullarımız 30 ildən sonra elə bir zəfər tarixi yazdılar ki, bütün dünyaya türkün gücünü, qüdrətini sübut etdilər. II Qarabağ müharibəsi 44 səhifəlik bir dastana döndü.
Belə tədbirlər şəhidlərimizin ruhuna ehtiram, ailələrinə mənəvi dəstək göstərmək və gənclərin qəhrəmanlarımızı daha yaxından tanıması, vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Sonda sərgiyə baxış keçirildi.