Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qazax rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan xalqının və Azərbaycan dövlətinin qüdrətli Lideri” adlı tədbir keçirilib

08.12.2025

Dekabrın 8-də Qazax rayon Heydər Əliyev Mərkəzində mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan xalqının və Azərbaycan dövlətinin qüdrətli Lideri” adlı tədbir keçirildi. Tədbirdə rayonun mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndərin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan ibarət sərgi nümayiş etdirilib. “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı filmin nümayişindən sonra tədbiri Qazax rayon Heydər Əliyev  Mərkəzinin direktoru Ceyhunə Hüseynova giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və Ulu öndərin mənalı həyatı və siyasi fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. C.Hüseynova bildirib ki,  xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət Heydər Əliyev hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Dahi şəxsiyyət Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri ölkəmizin tarixinin şərəfli səhifələridir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsipi kimi qəbul edən Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövr ölkəmiz və xalqımız üçün taleyüklü mərhələ, çətin sınaqların, böyük böhranın yaşandığı dövr idi. Heydər Əliyevin  Azərbaycanına rəhbərlik etdiyi birinci dövr tariximizə iqtisadi inkişaf illəri kimi daxil olub. Həmin illər ölkə həyatında sözün əsl mənasında yeni bir intibah mərhələsinin başlanğıcı idi. Məhz dahi şəxsiyyətin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində iqtisadi böhran şəraitində olan respublika ən qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil oldu. Azərbaycan qısa müddətdə özünü iqtisadi cəhətdən təmin etməyə qadir ölkəyə çevrildi və ittifaqın ən qabaqcıl respublikalarından biri oldu. Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı və ölkənin yeni inkişaf dövrünün əsası qoyuldu.
MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Ramil Qurbanov, Ürkməzli kənd Sənətkarlıq evinin müdiri Gülsənəm Cəlilli, Qaymaqlı kənd Folklor evinin müdiri Kazım Kazımlı, Qazax Dövlət Rəsm Qalereyasının bələdçisi Gülnar Abdullayeva, Qazax Tarix Diyarşünaslıq Muzeyinin bələdçisi Arzu Alıyeva, M.P.Vaqif və M.V.Vidadinin Xatirə muzeyinin elmi işçisi Esmira Qəribova çıxış edərək bildiriblər ki, Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub. Müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğur Heydər Əliyev siyasətinin davamıdır. Bu siyasəti inamla davam etdirən dövlət başçısı İlham Əliyev fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoydu. Müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə nailiyyətlər əldə edir, böyük uğurlar, yeni Zəfərlər  əldə edir.
Tədbir Qazax MKS- nin Uşaq Şöbəsinin fəal oxucularının Ulu öndərə həsr olunmuş şeir- kompozisiyaları ilə sona çatıb.