17.09.2025
17 sentyabr 2025-ci il il tarixində Ağstafa rayon MKS-in, Heydər Əliyev Mərkəzinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Uşaq kitabxanasında "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir" başlığı altında 2025 -ci ilin "Konstitusiya və suverenlik" ili elan olunması ilə əlaqədar təbdir təşkil edildi.
Tədbiri Ağstafa rayon MKS-in direktoru S.Nağıyeva açaraq cənab Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixində imzaladığı 2025-ci ilin Azərbaycanda "Konstitusiya və suverenlik ili" elan olunması haqqında olan sərəncamında geniş məlumat verdi. Sonra Heydər Əliyev Mərkəzinin direktoru L.Cəlilova, Gənclər və İdman İdarəsinin əməkdaşı Turan müəllim və Ağstafa rayon MKS-in əməkdaşı G. Sadıxova növbə ilə çıxış edərək qeyd etdilər ki, Konstitusiya hər bir müasir dövlətin hüquqi strukturunda normativ nüvəni təşkil edir. Azərbaycanın dövlət quruculuğu prosesində Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də siyasi legitimliyin, hüquqi sabitliyin və milli suverenliyin əsas sütunu kimi çıxış edir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində bu sənədin hüquqi, siyasi və sosial aspektlərinin yenidən dəyərləndirilməsi, konstitusional düşüncənin dərinləşdirilməsi baxımından mühüm imkanlar yaradır. Bu baxımdan, Konstitusiyanın elmi tədqiqi və tətbiqinin təkmilləşdirilməsi hüquqi dövlətin davamlı inkişafına xidmət edən əsas şərtlərdən biri kimi çıxış edir.
2024-cü ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkənin hüquqi əsaslarının, milli dövlətçiliyin və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində mühüm mərhələ oldu. Bu il Konstitusiyanın dövlət idarəçiliyindəki rolunun daha dərindən təhlil olunması və ictimai şüurda onun yerinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyyət daşıyır.
Sonda uşaqların ifasında müstəqilliyə, vətənpərvərliyə, vətənə aid olan şeirlər dinlənildi və tədbirə aid olan kitablardan təşkil olunmuş sərgiyə baxış keçirildi.