
16.01.2026
16.01.2026-ci il tarixində Agstafa rayon MKS-in Mərkəzi kitabxanasında görkəmli şairə, əməkdar incəsənət xadimi Mədinə Gülgünün anadan olmasının 100 illiyi münasibətilə "Mədinə Gülgün-100" başlığı altında maarifləndirici və yaddaqalan tədbir təşkil olunub. Tədbirdə kitabxananın əməkdaşları və Agstafa şəhər 1 saylı orta məktəbin şagirdləri iştirak etdilər. Tədbirdə kitabxananın oxuculara xidmət şöbəsinin əməkdaşı Məhərrəmova Laçın Mədinə Gülgünün həyat və yaradıcılığı haqqında məlumat verərək bildirdi ki, tanınmış şairin ilk yaradıcılıq nümunələri Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edib. Mədinə Gülgünün poeziyası xalqa, doğma vətənə övlad məhəbbətində yoğurulub, oxucularını ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış ruhunda köklənib.
Daha sonra məktəblilərin ifasında şairin şeirləri dinlənildi və sərgiyə baxış keçirildi.