Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ağstafa rayon Mədəniyyət Mərkəzi Uşaqlara dair Strategiyanın həyata keçirilməsi ilə bağlı tədbir keçirib

29.08.2025

29 avqust 2025 -ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzi Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Yaradullu  kəndində tədbir keçirdi. Tədbirin keçirilməsində əsas məqsəd  uşaqların asudə vaxtının səmərəli təşkili ilə yanaşı o cümlədən gənc nəslə Azərbaycan folklorunun, sənətkarlığının inkişaf etdirilməsinin vacib olduğunu bildirməkdir. Həmçinin kəndlərdə kökü qədim çağlara gedən bədii tikmə məktəbinin qorunub saxlaması və inkişaf etdirilməsidir.