20.10.2025
Ağstafa rayon Heydər Əliyev Mərkəzində 18 Oktyabr -Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir, daimidir dönməzdir" mövzusunda tədbir keçirilib.
"Konstitusiya və Suverenlik İli" çərçivəsində 17 oktyabr 2025-ci il tarixində Ağstafa rayon Heydər Əliyev Mərkəzinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir daimidir, dönməzdir " adlı tədbir keçirilib.
Öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla edilib.
Tədbirdə çıxış edən Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Solmaz Nağıyeva, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Aysu Hacızadə, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Günay Qədimalıyeva çıxışlarında bildiriblər ki, Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.
Çıxışçılar diqqətə çatdırıblar ki, Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz onun siyasi kursunun ən layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət və dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.
Tədbir iştirakçıları həmçinin Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar.