Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Tovuzda Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə gülqoyma mərasimi keçirilib

12.12.2025

12 dekabr 2025-ci il tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Tovuz rayon üzrə mədəniyyət müəssisələrinin əməkdaşları Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı Tovuz şəhər Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin məzarını ziyarət edərək, abidəsi önünə tər çiçəklər düzüblər.