
01.12.2025
”Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Şəmkir rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə 01 dekabr 2025-ci il tarixdə Şəmkir rayon Əhməd Cavad adına Mədəniyyət Mərkəzində “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və məsuliyyət” mövzusunda tədbir təşkil edilib.
Tədbirdə çıxış edən Şəmkir Rayon Prokurorunun böyük köməkçisi, 1-ci dərəcəli hüquqşünas Hacı Məmmədli korrupsiyaya qarşı mübarizə sahəsində mövcud vəziyyət və atılan addımlar barədə çıxış edib. O, çıxışı zamanı “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun əhəmiyyətinə toxunaraq, həmin qanunun şəffaflığın artırılması, dövlət idarəçiliyində effektivliyin yüksəldilməsi və ictimai etimadın möhkəmləndirilməsi baxımından mühüm rol oynadığını vurğulayıb. O, həmçinin müvafiq qanunun tətbiqinin gücləndirilməsi və onun tələblərinə əməl olunmasının dövlət qurumları üçün prioritet olduğunu bildirib.
Şəmkir Tarix Diyarşünaslıq Muzeyinin direktoru və Şəmkir rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikası Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun dövlət başçısı cənab İlham Əliyev tərəfindən güclü siyasi iradə, əzm və qətiyyətlə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi nəticəsində ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə edilmiş, sosial- iqtisadi inkişaf göstəricilərimiz əvvəlcədən prioritet olaraq qarşıya qoyulmuş pilləyə yüksəlmişdir. Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparılması istiqamətində görülən işlərin, həyata keçirilən islahatların və təşkilati tədbirlərin səmərərliliyi yüksəlmiş, korrupsiyaya qarşı daha ciddi mübarizənin aparılmasında hər bir orqan üzərinə düşən vəzifələrin həcmi və məsuliyyəti daha da artmışdır. Bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qurumlar və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər.
Sonda tədbir iştirakçılarına“Korrupsiya haqqında bilməli olduqlarımız” başlığı altında video çarx təqdim edilib.