09.07.2025
8 iyul 2025-ci il tarixində Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin E.Hüseynov adına Mərkəzi Kitabxanası oxu zalında 44 Günlük Vətən müharibəsinin Qazax şəhidlərinin xatirəsinə həsr olunmuş “Qazax elinin şəhidləri!”, “Unutmadıq, Unutmarıq!” adlı videoçarx nümayiş etdirib.Tədbirdə tələbələr və fəal oxucular iştirak ediblər. İlk öncə Vətən Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Doğum günləri iyul ayında qeyd olunan Qarabağ müharibəsinin Qazax şəhidlərinin qısa və şərəfli ömür yolunu əks etdirən videoçarxda ölümləri ilə ölümsüzlüyə qovuşan, əbədiyaşar qəhrəmanlarımız- “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunan Kərimov Kamil Ələddin oğlunun, “Qarabağ ordenli”, “Vətən uğrunda ”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” ,“Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun, “Azərbaycan bayrağı” ordenli, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, “Azərbaycan bayrağı” ordenli, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” , “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş baş çavuş Qəsəbov İsmayıl Nəbi oğlunun, “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Vəliyev Anar Həmzə oğlunun qısa və şərəfli ömür yolundan epizodlar nümayiş olunub.