
07.11.2025
07 noyabr 2025-ci il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzinin, Mərkəzi kitabxananın və Tarix- Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə Uşaq Hüquqları aylığı çərçivəsində “Hüququnu bil və faydalan” mövzusunda disput keçirildi.
Tədbirdə çıxış edənlər bildirdilər ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən 20 oktyabr-20 noyabr 2025-ci il tarixlərdə “Uşaq hüquqları aylığı” elan edilib. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır. Uşaq hüquqları və vəzifələri haqqında ətraflı məlumatlar verdikdən sonra uşaqların mövzu ilə bağlı fikirləri dinlənildi.