Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Tovuz rayon Mərkəzi kitabxanası Tovuz Regional ”Asan Xidmət”  Mərkəzində səyyar kitab sərgisi təşkil edib

26.08.2024

26 avqust 2024-cü il tarixində Tovuz rayon Mərkəzi kitabxanası Tovuz  Regional "Asan Xidmət"  Mərkəzində  "Yaşıl dünya naminə həmrəylik ili" nə həsr olunmuş səyyar kitab sərgisi təşkil edib.
Tədbirdə mərkəzin əməkdaşları və gənc könüllülər iştirak edib.
Təşkil olunan səyyar sərgidə Azərbaycan təbiətinə, ekologiyanın müxtəlif sahələrinə dair nəşrlər nümayiş olunub.
Səyyar sərginin əsas məqsədi oxucuları təbiətimizi və ekologiyamızı qorumağa, yaşıl dünya naminə həmrəy olmağa səsləməkdir.