Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Şəmkir rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində ”Mətbuatın günəşi” adlı tədbir təşkil edilib

22.07.2024

Şəmkir rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsi 22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar olaraq 22.07.2024-cü il tarixdə "Mətbuatın günəşi" adlı tədbir təşkil edib. Kitabxananın əməkdaşı Şəbnəm Abdullayeva tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycanda mətbuatın əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşri ilə qoyulub. Mətbuat tariximizin solmayan günəşi olan bu qəzetin yaradıcısı Həsən bəy Zərdabi onun əsas məqsəd və vəzifələrindən biri kimi insanların məlumat almaq hüquqlarını üstün tutaraq yazırdı: "Qəzetin muradı xalqın gözünü açmaqdır, həyatda olan işləri ayna kimi xalqa göstərsin ki, xalq da onun əlacının dalınca getsin". "Əkinçi"dən güc alan Azərbaycan mətbuatı bu gün fəaliyyətini günümüzün reallıqları səviyyəsində qurmağı bacaran müstəqil media vasitəsinə çevrilib. Mətbuatın əsas silahı olan söz və azad düşüncənin həqiqi azadlığa qovuşması Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət müstəqil mətbuatın inkişafına xüsusi diqqət yetirib. Mövzu ilə əlaqədar tədbir olunmuş kitab sərgisinə baxış keçirilib.