Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ağstafa rayon Heydər Əliyev Mərkəzində ”Heydər Əliyev neft strategiyası” mövzusunda tədbir keçirildi


Warning: date(): It is not safe to rely on the system's timezone settings. You are *required* to use the date.timezone setting or the date_default_timezone_set() function. In case you used any of those methods and you are still getting this warning, you most likely misspelled the timezone identifier. We selected the timezone 'UTC' for now, but please set date.timezone to select your timezone. in /home/mct/public_html/mctgov.az/aghstafa/inc/preview/main.php on line 267

19.09.2023

Sentyabrın 19-da "Heydər Əliyev İli" çərçivəsində Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa Rayon Heydər Əliyev Mərkəzi, Qazax -Tovuz Regional Gənclər və İdman İdarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman sektoru və Ağstafa Gənclər evi Sosial Xidmət müəssəsinin birgə təşkilatçılığı ilə 20 sentyabr "Əsrin müqaviləsi"nin bağlanmasının 29 illiyinə həsr olunmuş "Heydər Əliyev Neft Strategiyası" mövzusunda tədbir keçirilib.

 

Tədbirdə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin, Tovuz - Qazax Gənclər və İdman İdarəsi Ağstafa üzrə Gənclər və İdman Sektorunun, Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin, Ağstafa rayonu peşə məktəbinin əməkdaşları və gənclər iştirak ediblər.

 

İlk olaraq tədbir iştirakçıları mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə həsr olunmuş eksponatlarla tanış olublar.

 

Tədbirdə Ağstafa Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Turan Hüseynov, Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin dərnək rəhbəri Firəngiz İsmayılova və digər çıxışçılar nitqlərində böyük siyasi xadim Heydər Əliyevin balanslaşdırılmış siyasəti nəticəsində 20 sentyabr 1994-cü ildə gerçəkləşmiş “Əsrin müqaviləsi”nin imzalanmasında dünyanın ən məşhur neft şirkətlərinin iştirak etməsindən, "Yeni neft strategiyası" və doktrinasının əsasının qoyulmasından, bu müqavilədən sonra Azərbaycanda sabitlik və təhlükəsizliyin təmin edilməsinin regional deyil, qlobal bir məsələyə çevrilməsindən, Azərbaycanın iqtisadi potensialının ən vacib komponenti olan neft amilinin düzgün idarə edilməsinin 44 günlük Vətən müharibəsində qələbənin qazanılmasına təsirindən bəhs ediblər.