13.09.2025
13 sentyabr 2025-ci il tarixində Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxanada Azərbaycanın Zəfər tarixinə “Sentyabr döyüşləri” və ya “İki günlük müharibə” adı ilə həkk olunan tarixi günə həsr olunmuş “Zəfər yazan Gənclərmiz “adlı guşəyə və “Əzm və İradənin Dəmir Yumruq Birliyi” adlı sərgiyə baxış keçirilib. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Müxtəlif yaş qrupuna aid oxucuların iştirak etdiyi tədbir zamanı məlumat verilib ki, 2022-ci ilin sentyabrın 12-dən 13-nə keçən gecə erməni silahlı qüvvələrinin geniş miqyaslı təxribatı, düşmən diversiya qruplarının müxtəlif istiqamətlərdə mövqelərimizi atəşə tutması, düşmən tərəfindən daha çox itki verildiyi döyüşlər zamanı ordumuzun 80 hərbi qulluqçusu şəhid olub, 282 döyüşçümüz yaralanıb.Vətən yolunda qəhrəmancasına Şəhid olan oğullardan 3 nəfəri Qazax rayonunun igid övladları olub. Düşmənin geniş miqyaslı təxribatının qarşısının alınması zamanı qəhrəmancasına Şəhid olan ali təsilli, Xüsusi Təyinatlı Qüvvələrinin Baş leytenantı, Azərbaycan respublikası Prezidentinin Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı”ordenli, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Şəhid Kazımov Yunis Qasım oğlu, Dövlət Sərhəd Xidmətinin N saylı Hərbi hissəsinin snayper bölməsində baş gizir, Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Vətən uğrunda” medalları ilə təltif olunmuş Məmmədov Azər Mustafa oğlu, Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”medalları ilə təltif olunmuş gizir Kərimov Azad Zahid oğlu haqqında ətraflı məlumat verilib.