Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qazaxda Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar Şəhid mayor Namiq Əhmədovun ailəsi ziyarət edilib.

16.07.2025

11 iyul 2025 - ci il tarixdə Tovuz döyüşlərinin 5-ci ildönümü ilə əlaqədar Qazax rayon  Mədəniyyət Mərkəzi və MKS-nin bir qrup əməkdaşları Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən Şəhidlik zirvəsinə ucalmış Yuxarı Salahlı kəndindən olan  mayor  Namiq Hajan oğlu Əhmədovun ailəsini və məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qəhrəman Şəhidimizin anası və həyat yoldaşı  onunla bağlı xatirələrindən danışıblar.
Mədəniyyət işçiləri Şəhidin adına yaradılmış xatirə otağında onun şəxsi əşyalarından, təltif edildiyi orden və medallarından, şəkillərindən ibarət guşələrlə tanış olublar. 
Əməkdaşlarımız Şəhidin ailə üzvlərinə bir daha dərin hüznlə başsağlığı verərək, Vətən uğrunda canından keçən Şəhidimizə Allahdan rəhmət, ailə üzvlərinə isə  səbr  diləyiblər.