29.07.2025
28 iyul 2025-ci il tarixində Tovuz rayon Mərkəzi kitabxanasında şairə Sevinc Mələyin "Qəlbimdən gələn səslər" və "Duyğularım" kitablarının təqdimatı keçirilib.
Təqdimatda Tovuz rayonunun tanınmış şairlərindən Məzahir Alıyev, Maarif Həsənoğlu, Telman Axıncı, Nazim Əhmədoğlu, Zəkiyyə Musaqızı və digər şairlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər şairə Sevinc Mələyi təbrik edərək yaradıcılığında uğurlar arzulayıb və bildiriblər ki, uzun illərdir əsərləri dövri mətbuatda nəşr olunan müəllif öz poetik imzasını Azərbaycan oxucusu üçün təsdiq etmişdir. İnanırıq ki, mövzu rəngarəngliyi ilə zəngin olan bu kitablar oxucu kütləsinin diqqət və marağına səbəb olacaqdır.