Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

İcbari tibbi sığorta mədəniyyət sahəsində çalışan hər kəsə keyfiyyətli tibbi xidmətlərdən yararlanmaq imkanı yaradır

09.09.2025

İcbari tibbi sığorta mədəniyyət sahəsində çalışan hər kəsə keyfiyyətli tibbi xidmətlərdən yararlanmaq imkanı yaradır. Mədəniyyət sahəsində çalışan hər bir vətəndaşımız icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən tam ödənişsiz şəkildə istifadə edə bilərlər. Bu xidmətlərə,

✅ İlkin tibbi-sanitariya yardımı;

✅ Təcili və təxirəsalınmaz tibbi yardım;

✅ İxtisaslaşdırılmış ambulator tibbi xidmət;

✅ Fizioterapiya xidməti;

✅ Laboratoriya xidməti;

✅ İnvaziv radioloji xidmətlər (angioqrafiya);

✅ Cərrahi tibbi xidmətlər;

✅ Stasionar terapevtik tibbi xidmətlər daxildir.

???? Ətraflı məlumat üçün “1542” Çağrı mərkəzi ilə əlaqə saxlayın. Zənglər ödənişsizdir.