22.07.2025
"Konstitusiya və Suverenlik İli" çərçivəsində 19 iyul 2025-ci il tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində Gədəbəy Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Komitə yanında İctimai Şuranın və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə həssas qrupdan olan ailələrlə canlı ünsiyyət qurmaq, onların sosial, hüquqi və məişət yönümlü çətinliklərini dinləmək, erkən nikah, qohum evliliyi və digər aktual məsələlər barədə maarifləndirmə aparmaq, hüquqi məsləhətlər vermək, aidiyyəti qurumlarla əməkdaşlıq vasitəsilə yerində operativ həll yolları təklif etmək məqsədilə Gədəbəy rayonunda ailələrlə və sakinlərlə görüş keçirilib.
Tədbir zamanı ailələrin sosial, hüquqi və məişət problemləri dinlənilib, iştirakçılara erkən nikah, qohum evliliyi və ailədaxili zorakılıq mövzularında maarifləndirici məlumatlar təqdim olunub, vəkillər tərəfindən hüquqi təqdimatlar keçirilib və fərdi hüquqi məsləhətlər verilib.