Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq, musiqi və incəsənət məktəblərinin rəhbərləri ilə iclas keçirilib

08.09.2025

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq, musiqi və incəsənət məktəblərinin rəhbərləri ilə iclas keçirilib.

Sentyabrın 8-də Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis v.m.i.e. Səbuhi Xasməmmədovun sədrliyi ilə Ağstafa rayonunda keçirilən iclasda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarını əhatə edən musiqi və incəsənət məktəblərinin direktorları, həmçinin Regional Mədəniyyət İdarəsinin aparatının məsul şəxsləri iştirak ediblər.

İclasda 2025/2026-cı tədris ili üçün uşaq musiqi, incəsənət və aşıq məktəblərinə şagird qəbulu məsələsi müzakirə edilib. Həmçinin, məktəblərin fəaliyyətini tənzimləyən aidiyyəti normativ-hüquqi aktlar, məktəblərin nümunəvi əsasnaməsi, tədris planları və proqramlarının tələb və müddəaları ilə bağlı zəruri məlumat və izahatlar verilib. Eyni zamanda, məktəb rəhbərlərinin tədris işinin təşkili, məktəbin idarə edilməsi ilə bağlı sualları cavablandırılıb, təklifləri dinlənilib. Görüşdə qarşıda duran digər məsələlərin müzakirəsi aparılıb.

#QazaxTovuzRMI #MusiqiMəktəbi #ŞagirdQəbulu #İclas #MədəniTəhsil